5 Sentyabr 2023 / 11:59

RUSİYA ERMƏNİSTANDAN BCM-NİN ROMA NİZAMNAMƏSİNİN RATİFİKASİYASI İLƏ BAĞLI AYDINLIQ İSTƏDİ

Moskva İrəvandan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Nizamnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı aydınlıq gətirməsini istəyib və Ermənistan tərəfinin cavabı əsasında tədbirlər görəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməsini xahiş etmişik və İrəvanın cavabının məzmununa əsasən növbəti addımlarımızı müəyyən edəcəyik”, – diplomat Ermənistan hakimiyyətinin hərəkətlərini şərh edərkən bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!