7 Sentyabr 2023 / 10:22

PESKOV: PUTİNİN G20-DƏ ÇIXIŞI PLANLAŞDIRILMAYIB

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin G20 sammitinin iştirakçıları ilə hətta videobağlantı vasitəsilə də danışmayacaq.

“Xeyr, bu planlaşdırılmır. Bütün işləri xarici işlər naziri həyata keçirəcək”, – Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, rusiyalı ekspertlər sammitin sənədlərinin razılaşdırılması üzrə gərgin işdə iştirak edirlər. Rusiya nümayəndə heyətinin sədri Sergey Lavrovdur.

G20 9-10 sentyabr tarixlərində Hindistanda, Yeni Dehlidə keçiriləcək. İyirmi iştirakçı ölkənin liderləri ilə yanaşı, daha doqquz dövlətin – Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapurun başçıları da iştirak edəcəklər.

Daha əvvəl məlumat verilmişdi ki, G20-də iştirak edən ölkələr Ukrayna münaqişəsinə vahid yanaşmanın inkişaf etdirildiyini bəyan ediblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!