Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Sentyabr 2023 / 07:19

GÜRCÜSTAN XİN Aİ-YƏ DAXİL OLANA QƏDƏR İSLAHATLAR APARACAQ

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu alındıqdan sonra islahatların aparılmasını dayandırmayacaq və təşkilata tamhüquqlu üzvlük əldə olunana qədər davam etdirəcək.

Bunu respublikanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İlya Darçiaşvili deyib.

“Bu 12 tövsiyə ölkəmizin iddialı islahatlar gündəliyinin bir hissəsidir. Biz islahat prosesini bu il başa çatdırmırıq. Bu proses Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olana qədər davam edəcək”, – o deyib.

Nazir bildirib ki, ötən həftə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell ilə tövsiyələrin icrasını müzakirə edib. O, Gürcüstana səfərini həm praktiki baxımdan, həm də onun üçün seçilən vaxtı nəzərə alaraq ən vacib səfər adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!