12 Sentyabr 2023 / 10:34

ORDUMUZLA BAĞLI SOSİAL ŞƏBƏKƏLƏRDƏ YALAN MƏLUMAT YAYAN SAXLANILIB

Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tədbirlər görülür.

DİN-in mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.

Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!