Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Almaniyanın keçmiş kansleri Angela Merkelin Yuxarı Pfalzda yerləşən beton fiquru yıxılıb. Siyasətçinin abidəsi iki ildən az müddətə dayanıb. Keçmiş kanslerin üç metrlik fiquru gecə saatlarında yıxılıb.
Bu barədə abidəni yaradan heykəltəraş Vilhelm Kox bildirib.
“Təəssüf ki, 3D çap çox da davamlı olmadığı və açıq havada istifadə üçün uyğun olmadığı ortaya çıxdı”, – heykəltəraş bildirib.
Abidənin açılışı 2021-ci ildə Etsdorfdakı Tempel Muzeyində Merkel hələ Almaniya hökumətinə rəhbərlik etdiyi vaxtlarda baş tutub. Bu fiqur siyasətçinin tez-tez geyindiyi şalvar və gödəkçə geyinmiş at üzərində təsviri idi. Merkelin əlləri mədəsinin önündə bükülərək “Merkel almazı” adlanan bir jesti əmələ gətirib – barmaqlar tərəfindən edilən bir jest. Abidə 3D printer vasitəsilə təkrar emal olunmuş yüngül betondan hazırlanıb.
Vaxtilə Moskvanın Arbatında yoldan keçən bir nəfər Şahzadə Turandotun Vaxtanqov Teatrının binası yaxınlığında ucaldılmış heykəlinə qalxıb. Kişi heykəlin başında dayanmağa çalışsa da, müqavimət göstərə bilməyib və yerə yıxılıb. Bu vəziyyətdə fiqurun bir hissəsi qırılıb. Həmin şəxsin kimliyi sonradan müəyyən edilib – o, 23 yaşlı moskvalı Viktor Russo olub.
E.ŞİRİNOV