Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Koronavirusun “mü” ştamı “delta” ştamı qədər təhlükəli deyil, onun yoluxma arealı da geniş olmayacaq”.
Bunu biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Tibbi Genomika Araşdırma Mərkəzinin baş elmi işçisi Ança Baranova deyib.
“Koronavirusun “mü” ştamı “delta”nın az olduğu və ya olmadığı ölkələrdə yayıla bilər”, – Baranova qeyd edib.
Elmiş işçi “delta” ştamının güclü yoluxuculuğu səbəbindən dominant olaraq qaldığını vurğulayıb.
Qeyd edək ki, koronavirusun “mü” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.
E.ŞİRİNOV