25 Sentyabr 2023 / 09:12

KRASNODONDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

Luqansk Xalq Respublikasının Krasnodon şəhərində partlayış baş verib. Məktəblərdən birində şüşələr qırılıb və uşaqlar təxliyə edilir. Mülki infrastruktura ziyan dəyib.

Bu barədə hərbi müxbir Yevgeni Lisitsın Telegram kanalında məlumat verib.

Telegram istifadəçiləri Yunost zavodunun ərazisində güclü partlayışlar olduğunu bildirirlər. Hadisə yerinə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!