27 Sentyabr 2023 / 08:37

ERMƏNİSTAN QARABAĞDAN ÖLKƏYƏ GƏLƏN ERMƏNİLƏRİN SAYINI AÇIQLAYIB

Qarabağdan Ermənistana 42 mindən çox məcburi köçkün gəlib.

Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.

“Saat 08:00-a olan məlumata görə, Qarabağdan sərhədi keçənlərin sayı 42,5 min nəfər təşkil edib”, – o deyib.

Sentyabrın 26-da Bağdasaryan bildirib ki, Ermənistana 20 mindən çox Qarabağ sakini gəlib.

“Hazırda Qarabağdan Ermənistana 20 270 nəfər daxil olub”, – deyə o, məlumat verib.

Hökumət Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizinin yaxınlığındakı Kornidzor kəndində humanitar mərkəzin yaradılmasını da qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!