Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Sentyabrın 22-də “Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” layihəsi çərçivəsində Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin kollektiv və şagirdlərinə təlim keçirib.
Təlim iştirakçılarına vulkanların təhlükəli fəsadları ilə tanış etmək və baş verə biləcək nəticələri ilə bağlı məlumatlandırmaq məqsədi ilə slayd və digər təşviqat materialları nümayiş etdirilib.
Təlimin sonunda məktəbin direktoru Pərvanə Səfərova çıxış edərək, keçirilmiş tədbirlə bağlı İctimai Birliyin sədri Afaq Səmədzadəyə öz təşəkkürünü bildirib.
E.ŞİRİNOV

