Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan Nazirlər Kabinetinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, sentyabrın 24-dən indiyədək 85 minə yaxın Qarabağ sakini Ermənistana köçüb.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Saat 06:00-a Qarabağdan Ermənistana 84 770 nəfər gəlib”, – məlumatda deyilir.
Məlumata görə, Rusiya sülhməramlıları Qarabağ sakinlərinə 12 ton humanitar yük çatdırıblar.
O da bildirilib ki, 117 Qarabağ sakini Rusiya sülhməramlılarının nəzarətindədir.
E.ŞİRİNOV