8 Oktyabr 2023 / 18:07

AĞ EV İSRAİLƏ ƏLAVƏ YARDIM EDƏCƏK

ABŞ prezidenti Co Bayden Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının hücumu ilə əlaqədar İsrailə əlavə yardım göstərilməsinə göstəriş verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bu səhər milli təhlükəsizlik komandası prezident və vitse-prezidentə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib”, – məlumatda deyilir.

Qeyd edək ki, Ağ Ev hansı yardımdan söhbət getdiyini açıqlamayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!