Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Oktyabr 2023 / 06:36

TURİST AVTOBUSUNUN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ İKİ NƏFƏR ÖLÜB

Primorsk diyarının Xasanski rayonunda turist avtobusunun qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə Primorye Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

“İlkin məlumata görə, turist avtobusu Çindən Ussuriyskə gedirmiş”, – məlumatda deyilir.

Qeyd olunur ki, bir anda nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, bundan sonra qəza zamanı 48 sərnişini daşıyan avtobus kanala düşüb.

Qəza nəticəsində 48 nəfərin xəsarət aldığını dəqiqləşdirib. Avtomobilin Çin nömrələri ilə hərəkət etdiyi bildirilir.

“Barabaş kənd yaşayış məntəqəsi ərazisində avtobus aşıb. Qapalı qalanlar var, amma sağ qalıb”, – həmsöhbətimiz əlavə edib.

Onun sözlərinə görə, sınıqları olan altı zərərçəkmiş Slavyansk təcili yardım stansiyasına çatdırılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!