18 Oktyabr 2023 / 12:27

QƏZZADA ÖLƏNLƏRİN SAYI 3,4 MİNİ KEÇİB

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı eskalasiya başlayandan bəri 3,4 mini keçib, 12 mindən çox insan isə yaralanıb.

Bu məlumatı Fələstin Səhiyyə Nazirliyi öz Telegram kanalında verib.

Departamentin bəyanatında deyilir: “3478 ölü və 12000-dən çox yaralı var”.

Məlumata görə, İordan çayının qərb sahilində 62 fələstinli həlak olub, 1,3 mindən çoxu yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!