Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Sentyabr 2021 / 17:29

KEÇMİŞ MÜDAFİƏ NAZİRİ HƏBS OLUNDU

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın həbsinə dair qərar verib.

Erməni mətbuatı xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb.

Məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib.

Tonoyanın vəkili Sergey Ovannisyan qeyd edib ki, D.Tonoyan özünü təqsirli bilmir və bununla bağlı məhkəmədə ifadə və izahat verib.

Ovannisyan qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

S.Ovannisyan əlavə edib ki, məhkəmənin qərarı ilə hələ tam tanış deyil, ancaq həbsə dair vəsatət müstəntiqin təqdim etdiyi iki bənd əsasında təmin olunub. Bunlardan biri azadlığa buraxılacağı təqdirdə istintaqa mane olmaq, digəri istintaqdan gizlənmək idi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!