Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru Qəzənfər Bayramlı yaşa görə işindən ayrılıb.
Baş Prokurorluqdan TEZADLAR.AZ-a bildirilib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru Qəzənfər Bayramlının qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev oktyabrın 21-də onu qəbul edərək “Prokurorluğun fəxri işçisi” döş nişanını təqdim etmişdir.
Baş prokuror görüşdə tədbir iştirakçısı ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkli çəkilmişdir.