Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Oktyabr 2021 / 10:24

QUBANIN AXUNDUNU ŞANTAJ EDƏNLƏR AZADLIQDAN MƏHRUM EDİLDİLƏR

Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi və axundu Elnur Əfəndiyevi şantaj etməkdə təqsirləndirilən Nübar İsazadənin və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

İttihama görə, N.İsazadə E.Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat pul tələb ediblər.

Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!