Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Donetskdə üç nəfərə qarşı iriçaplı odlu silahlar üçün sursatların qanunsuz saxlanması və satışı ilə bağlı cinayət işi açılıb.
Bu barədə oktyabrın 26-da DXR üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
“Əvvəlcədən razılığa əsasən, təqsirləndirilən şəxs Donetsk şəhərində olarkən pul mükafatı müqabilində tank əleyhinə qumbaraatan və kumulyativ tank əleyhinə qumbaraatan üçün altı döyüş sursatı satmağa cəhd edib”, – İstintaq Komitəsi bildirib.
Oktyabrın 19-da həmin şəxslər əməliyyat-axtarış tədbirləri çərçivəsində fəaliyyət göstərən alıcıdan 30 min rubl alıblar. Cinayətkarlar saxlanılaraq, onlara qarşı ittiham irəli sürülüb və nəzarətə götürülüb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin 5-ci hissəsinin “a” bəndi ilə “Qanunsuz olaraq bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq iri çaplı odlu silahlar üçün döyüş sursatı əldə etmə, saxlama və satma” ilə cinayət işi başlanıb.
E.ŞİRİNOV