28 Oktyabr 2023 / 11:08

ZƏNCİRVARİ QƏZA: 30-DAN ÇOX ADAM ÖLÜB

Misirin paytaxtı Qahirə ilə Qırmızı dənizdə yerləşən İsgəndəriyyə şəhərini birləşdirən magistralda çoxlu avtomobilin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Buheyra əyalətinin təhlükəsizlik xidməti məlumat yayıb.

Xidmət nümayəndəsi bildirib ki, qəza nəticəsində 32 nəfər ölüb, 60 nəfər yaralanıb. İlkin məlumata görə, magistralın 132-ci kilometrliyində avtomobillərdən birində yağ sızması baş verib və nəticədə böyük toqquşma baş verib. Bir neçə avtomobil yanıb.

Hadisə yerinə ən azı 20 təcili yardım maşını gəlib və yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!