Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan Qəzza zolağında ölənlərin sayı 10,3 min nəfərə çatıb.
Bu barədə Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.
“Oktyabrın 7-dən indiyədək 10 328 nəfər İsrail təcavüzünün qurbanı olub, 25 956 nəfər yaralanıb”, – deyib.
Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ölənlər arasında 4,2 mindən çox uşaq var.
Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 150 tibb işçisi həlak olub.
E.ŞİRİNOV