Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Şiddətli döyüşlər nəticəsində İsrail hərbçiləri Qəzza zolağında Əl-Şifa tibb mərkəzinin ərazisində Fələstin qüvvələri tərəfindən dayandırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, fələstinli döyüşçülər “Qəzza şəhərində beşdən çox istiqamətdə” İsrail hərbçilərinə şiddətlə cavab veriblər. Agentlik qeyd edir ki, “işğalçı İsrail qüvvələrinin Əl-Şifa Tibb Mərkəzi istiqamətində irəliləməsini dayandıran güclü müdafiə xətti yaradılıb və nəticədə, İsrail Müdafiə Qüvvələrinin ayrı-ayrı bölmələri pusquya düşüb”, bir neçə əsgər öldürülüb. Bundan əlavə, “Tasnim” İsrail silahlı qüvvələrinin tanklarının məhv edildiyini bildirir.
Bundan əvvəl İranın İSNA xəbər agentliyi məlumat vermişdi ki, xəstəxana binasının bilavasitə yaxınlığında şiddətli döyüşlər getdiyinə görə işçilər hətta ölüləri dəfn etmək üçün oranı tərk edə bilməyiblər. Al-Mayadeen telekanalının verdiyi məlumata görə, tibb kompleksində elektrik enerjisi tamamilə kəsilib. Yalnız Əl-Şifa şəhərinin təcili yardım şöbəsində elektrik enerjisinin verilişi bərpa edilib.
E.ŞİRİNOV