14 Noyabr 2023 / 07:43

PUTİN KAMERUNA YENİ SƏFİR TƏYİN EDİB

Rusiya prezidenti Vladimir Putin Georgi Toduanın Rusiyanın Kamerundakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Georgi Vladimiroviç Todua Rusiya Federasiyasının Kamerun Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sənəddə deyilir.

Digər sərəncamla prezident 2017-ci ildən Rusiyanın Kamerunda səfiri vəzifəsində çalışmış Anatoli Başkini vəzifəsindən azad edib. O, həmçinin 2018-ci ildən yarımştat işlədiyi Ekvatorial Qvineyadakı Rusiya diplomatik missiyasının rəhbəri vəzifəsindən də azad edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!