15 Noyabr 2023 / 11:50

SAAKAŞVİLİ SEÇKİLƏRDƏN SONRA RUSLARI YAŞAMAQ HÜQUQUNDAN MƏHRUM EDƏCƏK?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2024-cü ildə keçiriləcək parlament seçkilərindən sonra ölkədə hakimiyyət dəyişikliyindən dərhal sonra Rusiya vətəndaşlarına yaşayış hüququ (yaşayış icazəsi) verilməsi prosedurunun ləğv ediləcəyi ilə hədələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

Saakaşvili bildirib ki, Tbilisi indi rusları turist kimi deyil, daimi sakin kimi qəbul edir. Onun fikrincə, bu, qəbuledilməzdir.

“Milli hökumət Gürcüstana gəldikdən sonra ruslar üçün asanlıqla vətəndaşlıq və yaşayış icazəsi almağın müxtəlif yolları ləğv ediləcək. Və daşınmaz əmlakın satışını təşviq etməklə onlara ölkəni tərk etmək üçün vaxt veriləcək”, – o bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!