Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna Rusiya ilə münaqişəni “dondura” bilməz, o, başa çatmalıdır.
Dövlət başçısının sözlərinə görə, münaqişə dayandırılsa belə, Ukrayna itkilər verəcək. Eyni zamanda, onun hər an bərpa olunma riski var, -prezident qeyd edib.
“Dondurulmuş münaqişə yatmış və mütləq oyanacaq vulkan kimidir. Ona görə də biz heç bir dalana tab gətirə bilmərik”, – deyə Zelenski bildirib.
“Gəlin, bəzi Minsk razılaşmalarını imzalayaq və münaqişəni donduraq. Durğun, heç kim heç yerə hərəkət edə bilməz. Gəlin, belə yaşayaq, amma o vaxt hamımız Ukraynada yaşayırdıq, hamımız başa düşürdük ki, bu hələ müharibədir”, – o deyib.
Zelenski döyüşlər zamanı Amerikanın “Abrams” tanklarının rolunu da yüksək qiymətləndirib. Onun fikrincə, Qərb Ukraynaya az sayda zirehli texnika göndərdiyi üçün onlar mühüm rol oynamır.
“Ümid edirəm ki, əlaqələrimizi inkişaf etdirəcəyik və tədarüklər daha çox olacaq”, – deyə o bildirib.
E.ŞİRİNOV