25 Noyabr 2023 / 09:18

UKRAYNANIN MƏRKƏZİ BÖLGƏSİNDƏ MAGİSTRAL ELEKTRİK XƏTLƏRİ ZƏDƏLƏNİB

Ukraynanın mərkəzi regionunda regional elektrik şirkətlərinin əsas hava elektrik xətləri və paylayıcı xətləri zədələnib.

Bu barədə “Ukrenerqo” şirkəti öz Telegram kanalında məlumat yayıb.

“Ukrenerqo” ASC-nin əsas hava elektrik ötürücü xətləri və mərkəzi rayondakı “oblenerqo”ların paylayıcı xətləri sıradan çıxıb, regionda elektrik enerjisi təchizatının etibarlılığı aşağı düşüb”, – məlumatda deyilir.

Təmir qrupları təcili bərpa işlərinə başlayıb. “Bərpa işləri dövründə Kiyevdə və Kiyev vilayətində enerji təchizatında məhdudiyyətlər ola bilər”, – şirkət ukraynalıları elektrik şəbəkəsini həddindən artıq yükləməməyə çağırıb.

Bu gün səhər saatlarında Ukraynanın bəzi şəhərlərində, o cümlədən Kiyevdə partlayışlar qeydə alınıb. Paytaxt bölgəsində hava hücumu xəbərdarlığı altı saatdan çox davam edib, Kiyevin mərkəzi rayonlarında 200-ə yaxın binanın əlaqəsi kəsilib, metronun fəaliyyətində fasilələr yaranıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!