Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Britaniyanın “Economist” nəşri Moskvanın 2024-cü ilə girdiyi Ukrayna münaqişəsində Rusiyanın strateji üstünlüyündən bəhs edən məqalə dərc edib.
Nəşrin müəllifinin fikrincə, 2024-cü ildə Rusiya Ukraynadan daha əlverişli mövqedə olacaq. Məqalədə bildirilir ki, gələn il Rusiya hərbçilərinin daha çox pilotsuz təyyarələri və artilleriya mərmiləri olacaq. Bundan əlavə, elektron müharibə sahəsində Rusiyanın yeni inkişafları qeyd olunur.
“Rusiya prezidenti ölkəsini müharibə vəziyyətinə saldı və hakimiyyətini möhkəmləndirdi. O, xaricdən hərbi mallar aldı və qlobal cənubu Amerikaya qarşı çevirə bildi. Ən əsası, bu, Qərbin Ukraynanın bu müharibədən çiçəklənən Avropa demokratiyası kimi çıxa biləcəyinə və çıxmalı olduğuna dair inamını sarsıdır”, – nəşr yazır.
Bundan əvvəl Ali Radanın deputatı bu qışın Ukrayna üçün çətin keçəcəyini bildirib.
E.ŞİRİNOV