5 Dekabr 2023 / 13:46

LAVROV İRANLI HƏMKARI İLƏ BƏYANNAMƏ İMZALAYIBLAR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə ikitərəfli danışıqlarda birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalayıb.

Sənədin rəsmi adı Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannaməsidir.

Danışıqlar Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş çərçivəsində baş tutub.

​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!