Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva yaxınlığındakı Krasnoqorsk şəhər evində gecə baş verən yanğın zamanı iki qadın ölüb.
Paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, yanğının sahəsi 600 kvadratmetr olub.
Faciə dekabrın 10-na keçən gecə Opalixa mikrorayonunun Riqa məhəlləsi kottec icmasının Yakornaya küçəsində baş verib. Ölənlər 51 yaşlı qadın və onun 29 yaşlı qızıdır.
“Yanğın söndürüldükdən sonra 1972 və 1994-cü il təvəllüdlü iki qadının cəsədi aşkar edilib”, – idarədən bildirilib.
Evdə bir kişi də olub. O, hadisə şahidlərinin eyvana qoyduğu nərdivanla evdən çıxa bilib.
“Sağ qalan şəxsin dediyinə görə, yanğını onun 29 yaşlı qızı törədib”, – İstintaq Komitəsi bildirib.
Yanğının başvermə səbəbləri və baş verən şəraitin müəyyən edilməsi prokurorluq tərəfindən nəzarətə götürülüb. Qadının ölümü ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə “Ehtiyatsızlıqdan ölümə səbəb olma” ilə cinayət işi başlanıb.
İstintaq yanğının bir neçə versiyasını, o cümlədən yandırma və yanğınla ehtiyatsız davranma variantlarını nəzərdən keçirir. Mütəxəssislər yanğının dəqiq səbəbini müəyyən etmək üçün ekspertiza aparacaqlar.
E.ŞİRİNOV