Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsveç hökuməti Ukraynanın “Suspilne” (“İctimai”) televiziya kanalına dəstək üçün 15 milyon kron (1,4 milyon dollar) ayırdığını elan edib.
Bu barədə hökumət aparatının mətbuat xidmətindən bildirilib.
Vəsaitlərin ayrılması üç il üçün nəzərdə tutulub, onlardan “rəqəmsal xəbərlər üçün rahat platformalar yaratmaq və Ukraynanın jurnalist potensialını gücləndirmək” üçün istifadə oluna bilər. İsveçin SIDA agentliyi və Sveriges Radio radio şirkəti 2017-ci ildən bəri “Suspilne”-ni dəstəkləyir.
Dekabrın 11-də İsveç hökumətinin Ukraynaya 134 milyon dollar məbləğində yeni yardım paketi elan etmək niyyətində olduğu bildirilib.
E.ŞİRİNOV