Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Oktyabr 2021 / 18:33

BATUMİDƏ ÇÖKƏN BİNAYA GÖRƏ SAXLANILANLARDAN BİRİ AZƏRBAYCAN VƏTƏNDAŞIDIR

Gürcüstanın Batumi şəhərində binada çökmənin baş verməsi ilə bağlı saxlanılan üç şəxsdən biri Zaur Budaqov adlı Azərbaycan vətəndaşıdır.

Bu barədə məlumatı yerli “Mtavari arxi” telekanalı yayıb.

Bildirilib ki, o, bir neçə ildir Batumidə yaşayır və kazinoların birində menecer işləyir. Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud pozulduğu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.

Azərbaycan vətəndaşının vəkili deyib ki, müdafiə etdiyi şəxs istintaq çərçivəsində artıq ifadə verib.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən gün saat 12:00 radələrində çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı olaraq oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!