Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Dekabr 2023 / 10:22

RUSİYA VƏ BELARUS SƏRHƏDLƏRİNİN PERİMETRİ BOYUNCA VƏZİYYƏT QIZIŞIR

Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib ki, dünyada hərbi-siyasi vəziyyət, o cümlədən Rusiya və Belarus sərhədlərinin perimetri boyu qızışır.

O, Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının iclasında çıxışı zamanı qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət pisləşməkdə və deqradasiyada davam edir.

“Hərbi-siyasi vəziyyət, o cümlədən sərhədlərimizin perimetri boyu getdikcə gərginləşir”, – nazir deyib.

Bundan əvvəl Polşanın Rusiya və Belarusla sərhəd yaxınlığında istehkamçı batalyonunu yerləşdirdiyi bildirilirdi.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!