15 Dekabr 2023 / 13:19

AZƏRBAYCAN POLİSİ GÜN ƏRZİNDƏ 58 CİNAYƏT İŞİNİN ÜSTÜNÜ AÇIB

Ötən gün – aekabrın 14-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TEZADLAR.AZ-a verilən məlumata görə,

axtarışda olduğuna görə ümumilikdə 166, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib;

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib;

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!