Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Oktyabr 2021 / 06:19

KORONAVİRUSUN MÜMKÜN OLAN MƏNBƏYİ TAPILDI

Koronavirus Çinli mədənçidə aşkar edilən infeksiyadan tədricən inkişaf edə bilərdi. Həmin mədənçi 2012-ci ildə xəstəliyə yoluxub.

Bu barədə “Telegraph” qəzeti ABŞ alimlərinə istinadən xəbər verib.

2012-ci ildə Vuhanda mədənçilərdə tapılan naməlum virus COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020 -ci ildə Vuhan laboratoriyasından sızmadan sonra virus insanlara yoluxmağa başladı.

ABŞ-ın Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem bildirib ki, viruslar bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər:  “Nəzəriyyəmizə əsasən, bənzər bir təkamül 2012-ci ildə naməlum bir xəstəlikdən sonra mədənçilərin ağciyərlərində baş verib”.

Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasında təkamülü altı ay ərzində baş verdi və 9 il sonra nümunələr laboratoriyadan kənara çıxıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!