Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat və nitq şəkli adlandırıb.
“Bu, tamamilə cəfəngiyyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür, bu sadəcə olaraq, Rusiya istiqamətindəki yanlış siyasətinə haqq qazandırmaq üçün ifadədir”, – RF lideri bunu ” “Rossiya-1” telekanalında “Moskva. Kreml. Putin” proqramına müsahibəsində vurğulayıb.
Rusiya lideri əmindir ki, Vaşinqtonun bu mövqeyi yanlışdır, çünki Birləşmiş Ştatların qlobal inkişaf perspektivlərini nəzərə alması ehtimalı azdır “20 il əvvəl düşündükləri və açıq şəkildə bəyan etdikləri kimi Rusiyanı strateji məğlubiyyətə uğratmaqda maraqlıdırlar”.
“Düşünmürəm ki, bu, ABŞ-ın özünün milli maraqlarına uyğundur”, – deyə Rusiya prezidenti qeyd edib.
JASMİN