19 Dekabr 2023 / 04:42

ÇİNDƏ GÜCLÜ ZƏLZƏLƏ: ÖLƏNLƏRİN SAYI ARTIR

Ötən gecə saatlarlnda Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı 116 nəfəri ötüb…

Tezadlar.az “Ria- Novosti”yə istinadla bildirir ki,  bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Qansuda isə ölənlərin sayı 100-ə çatıb, Çinxayda  11 nəfər ölüb. Eləcə də  230-dan çox insanın xəsarət aldığı bildirilir.  Telekanalın məlumatına görə, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib. Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!