22 Dekabr 2023 / 13:14

MOSKVA VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS PİLOTSUZ TƏYYARƏ VURULUB

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 22-də Moskva vaxtı ilə saat 14:40-da Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin ərazisində Ukraynaya məxsus PUA-nı məhv edib”, – departamentdən bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!