Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak bildirib ki, Ukrayna hakimiyyəti itirilmiş ərazilərə nəzarəti bərpa edə bilməyəcək.
“Problem təkcə hərbi əməliyyatların aparılmasında deyil, həm də qərar qəbuletmə səviyyəsindəki mübahisələrdədir”, – hərbçi “Gazeta Wyborcza” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) hakimiyyətin açıqlamalarına baxmayaraq, növbəti əks-hücum əməliyyatı həyata keçirə bilməyəcək.
General həmçinin qeyd edib ki, Rusiya ordusu sentyabrda Ukrayna hərbçilərinin yarıb keçməyə çalışdığı Zaporojye istiqamətində çox güclü müdafiəyə malikdir. Skşiçak Kiyevin rus qoşunlarının güclü müdafiəni cəmləşdirdiyi cəbhənin bu hissəsinə hücum etmək qərarını qəribə adlandırıb.
Bundan əvvəl Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin etiraf etmişdi ki, səfərbərliyin artması səbəbindən Ukraynada vətəndaş müharibəsi başlaya bilər.
E.ŞİRİNOV