Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidenti Vladimir Putinin qarşıdan gələn prezident seçkilərində vəkil edilmiş şəxslərin siyahısına 346 nəfər daxil olacaq.
Bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina komissiyanın iclasında deyib.
O qeyd edib ki, dekabrın 20-də Rusiya Federasiyasının prezidentliyinə namizəd Putinin özünün namizədliyini dəstəkləmək üçün yaradılmış seçicilər qrupu qeydə alınıb. Dekabrın 26-da Rusiya Mərkəzi Seçki Komissiyası onun vəkil edilmiş şəxslərinin qeydə alınması üçün sənədləri qəbul edib.
“Rusiya Federasiyası Prezidentinin seçilməsi haqqında” Federal Qanunun 43-cü maddəsini rəhbər tutaraq təqdim edilmiş sənədləri nəzərdən keçirərək, Rusiya Federasiyasının Prezidenti vəzifəsinə namizəd Vladimir Vladimiroviç Putinin 346 nəfərlik vəkil edilmiş şəxslərinin qeydə alınması və qeydə alınan vəkil edilmiş şəxslərə müəyyən edilmiş formada şəhadətnamələrin verilməsi təklif olunur”, – Budarina bildirib.
Xüsusilə Başmet, Bezrukov, Butman, Viner, Vyalbe, Qaqarina, Dolina və Tsiskaridze Putinin etibarlı adamları siyahısına daxil edilib.
E.ŞİRİNOV