28 Dekabr 2023 / 16:49

XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ OLUB

Dekabrın 28-də Nardaran stansiyasından 20 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Tezadlar.az-a bildiriblər ki, yerli vaxtla saat 19:28-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!