28 Dekabr 2023 / 17:40

ZELENSKİ DXR-İN KİYEVIN NƏZARƏTİNDƏ OLAN HİSSƏSİNƏ YENİ RƏHBƏR TƏYİN EDİB

Vladimir Zelenski Vadim Filaşkini Donetsk Xalq Respublikasının Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinin administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə “RİA Novosti” müvafiq fərmana istinadən xəbər verir.

Əvvəllər Filaşkinin DXR-in Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinin hərbi administrasiyasının rəhbəri təyin edilməsi barədə qərar hökumət tərəfindən razılaşdırılıb. İndi Zelenski müvafiq fərmanı imzalayıb.

Bundan əlavə, Ukrayna hakimiyyəti Aleksandr Kovalı Rivne vilayəti dövlət administrasiyasının rəhbəri təyin edib. Bundan əvvəl o, Rivne rayon administrasiyasına rəhbərlik edib.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!