Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Oktyabr 2021 / 08:15

KORONAVİRUSLA UĞURLA MÜBARİZƏ APARAN ÖLKƏDƏ VƏZİYYƏT DƏYİŞDİ

Qonşu Gürcüstanda koronavirusa yoluxma sayında ötən günlə müqayisədə bu gün

ciddi artım müşahidə olunub. Statistik məlumatlara görə, son 24 saat ərzində ölkə üzrə 4 775  (ötən gün 1530) yeni yoluxma qeydə alınıb.

Xatırladaq ki, ötən ayın eyni günü Gürcüstanda vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdı. Sentyabrın 12-də ölkə üzrə 1 838 yeni yoluxma qeydə alınmışdı, halbuki əvvəlki iki həftədə koronavirusa yoluxma sayında hər gün antirekorda imza atılırdı. Bir ay öncə bir çox ölkələr tərəfindən “Qırmızı Zona” elan edilmiş Gürcüstanda yoluxma sayı günbəgün azalmağa döğru gedirdi.

Bir müddət əvvəl Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze tezliklə Gürcüstan xəstəxanalarının koronavirusa yoluxmuş xəstələrin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni iki dərman preparatını alacaqlarını açıqlamışdı.

O, həmin dərmanların bir qisminin oktyabrın əvvəlində, həmçinin oktyabrın ikinci yarısında ölkəyə daxil olacağını bildirmişdi.

Qeyd edək ki, 10 oktyabra olan statistik məlumatlara görə, əhalisinin sayı 4 milyona yaxın olan ölkədə (3  979 min) ümumilikdə peyvənd olunanların sayı 1 000 785 nəfərə, yəni əhalinin 25,15%-nə çatıb.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!