Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Özbəkistan paytaxtında sərnişin avtobusunun sürücüsü avtomobil idarə edərkən siqaret çəkdiyi üçün işdən qovulub.
TEZADLAR.AZ Özbəkistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 28-i axşam saatlarında “Toşşəhərtransxizmat” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, avtobus hərəkətdə olarkən siqaret çəkən avtobus sürücüsü işdən çıxarılıb.
Bu gün sosial şəbəkələrdə sürücünün siqaret çəkdiyini əks etdirən video yayılıb.
Şirkətdən bildirilib ki, qayda pozuntusu 87 saylı marşrut avtobusunun sürücüsü İ.A. tərəfindən törədilib.
Elə həmin gün onunla əmək müqaviləsinə xitam verilib.
“Toşşəhərtransxizmat” şirkətinin avtobazalarında çalışan hər bir sürücü sərnişindaşıma qaydalarına və mədəniyyətinə riayət etməyə və müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməyə, habelə sükan arxasında mobil telefondan istifadə etməkdən və tütün məmulatlarından istifadədən çəkinməyə borcludur”- şirkətin məlumatında deyilir.
Qeyd edək ki, avtobus sürücülərinin tez-tez yol verdiyi qayda pozuntuları telefondan istifadə və siqaret çəkmək olaraq qalır.
Xatırladaq ki, Azərbaycanda da hər il xeyli sayda avtobus sürücüsü sükan arxasında siqaret çəkdiyinə görə tənbeh edilib, inzibati məsuliyyətə cəkb ediliblər.
JASMİN