29 Dekabr 2023 / 20:33

BMT TŞ UKRAYNA İLƏ BAĞLI NÖVBƏDƏNKƏNAR İCLAS KEÇİRƏCƏK

BMT Təhlükəsizlik Şurası dekabrın 30-da Ukraynadakı vəziyyətlə bağlı növbədənkənar iclas keçirəcək.

Bu barədə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Bu gün Nyu-York vaxtı ilə saat 16:00-da ukraynalıların və qərblilərin tələbi ilə BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə fövqəladə iclası olacaq”, – o, Teleqram kanalında yazıb.

​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!