Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Lori vilayətində yerləşən hərbi hissənin ərazisi qanunsuz olaraq satılıb.
“Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi cinayətlər və korrupsiyaya qarşı mübarizə üzrə Polis İdarəsinin hesabatında bildirilib.
Hesabata əsasən, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vilayətin Stepanavan rayonunun Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisindəki 6 hektar sahəni xidməti maraqlara zidd olaraq satıb. Həmin ərazinin keçmiş hərbi hissəyə aid olduğu bildirilir. Bunun qarşılığında 2008-ci ilin martında birbaşa satış yolu ilə vətəndaşlardan 58 milyon dram (121 min dollar) alınıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib.