8 Yanvar 2024 / 09:24

RUSİYA UKRAYNANI RAKET ATƏŞİ ALTINDA SAXLAYIR- ÖLƏNLƏR VAR

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb. Bildirilib ki, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb. Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda xəsarət alanların olduğu bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!