Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tanınmamış Dnestryanı Moldova Respublikasının rəhbəri Vadim Krasnoselski Moldova hakimiyyətinin danışıqlardan təzyiq metodlarına keçdiyini bildirib.
“Danışıqlar prosesində durğunluq yalnız Moldova Respublikasının seçimidir”, – TASS onun sözlərindən sitat gətirib.
Krasnoselski vurğulayıb ki, Kişinyov və Tiraspol arasında danışıqlarda fasilə üçün başqa səbəblər yoxdur.
“Moldova bu gün müstəsna olaraq sanksiyalar, məhdudiyyətlər və hədə-qorxu vasitələri ilə fəaliyyət göstərir”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Moldovada müxalifətdə olan “Renessans” partiyasının lideri Vasili Bolya bildirmişdi ki, ölkə hakimiyyəti MDB ölkələri ilə sülhməramlı qüvvələr haqqında razılaşmanı pozduqdan sonra Dnestryanıdakı sülhməramlı missiyanı ləğv etməyə cəhd edə bilər.
E.ŞİRİNOV