Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Oktyabr 2021 / 08:33

DİN-DƏN MƏKTƏBDƏN UŞAQLARIN OĞURLANMASI İLƏ BAĞLI MƏLUMATLARA MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır: “Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!