Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir.
Tezadlar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniya “Ermənistanı Qərbin anti-Rusiya siyasətinə çəkmək” niyyətindədir.
Nəşr əlavə edib ki, Berlin Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən təmizləməsində maraqlıdır.
Nəşrin həmsöhbəti bildirib ki, bunun müqabilində Berlin İrəvana “maliyyə və texniki yardım” göstərməyi və Qarabağ ermənilərini Aİ-yə kütləvi mühacirətdən qorumağa kömək etməyi təklif edir.
E.ŞİRİNOV