Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Polşanın keçmiş baş naziri Mateuş Moravetski bildirib ki, Rusiya ordusu cəbhədə Ukrayna Silahlı Qüvvələri üzərində ciddi üstünlüyə malikdir.
Siyasətçi Qərbi Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf etməyə çağırıb.
“Təəssüf ki, biz bunu uğursuzluq kimi yekunlaşdırmalıyıq, bu o deməkdir ki, Rusiya, prezident Putin böyük resurslara sahibdir, onlar beynəlxalq siyasətdə bu strateji dərinliyə və səbrə malikdirlər”, – Moravetski “Daily Express”-ə müsahibəsində deyib.
Moravetskinin müşahidələrinə görə, Ukraynadakı vəziyyət həm Polşa, həm də bütövlükdə NATO üçün hələ də “böyük narahatlıq” yaradır. “Xüsusən də vəziyyət düzgün istiqamətdə inkişaf etmədiyinə görə”, – deyə keçmiş baş nazir yekunlaşdırıb.
E.ŞİRİNOV