16 Yanvar 2024 / 15:01

PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTIB – RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!