Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
Qladkovun aydınlaşdırıb ki, təyyarə əhalinin məskunlaşdığı ərazinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı ölüb.
Qubernatorun sözlərinə görə, qəza yeri mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri hadisə yerinə gəlib, istintaq tədbirləri aparılır.
“Fəlakətin səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir”, – Qladkov əlavə edib.
E.ŞİRİNOV